70 yaşlı Larisa Dolinanın nə qədər qazandığı və nəyə sahib olduğu məlum olub.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, müğənninin əsas gəlir mənbəyi onun fərdi sahibkarlıq fəaliyyətidir. Onun şirkətinin fəaliyyət sahələrinə konsertlər, kino, radio, reklam, tərcümə və hətta məhsulların qablaşdırılması daxildir.
Müğənni dövlət səhnələrində fəal çıxış edir. 2024-cü ildə o, ümumi məbləği 5,6 milyon rubl olan üç dövlət müqaviləsi bağlayıb. Bununla yanaşı, Larisa Dolinanın korporativ tədbirdə çıxışının qiyməti 3,5–4,5 milyon rubl arasında dəyişir.

Sənətçinin Moskva vilayətində iki torpaq sahəsi var. Bundan əlavə, onun Xamovnikidə bir mənzili olub — bu mənzil yaxınlarda telefon fırıldaqçıları ilə bağlı qalmaqala səbəb olub.
Dolina həmçinin xaricdə də daşınmaz əmlaka malikdir o, Latviyanın Yurmal şəhərində ümumi dəyəri təxminən 96 milyon rubl olan iki mənzilə sahibdir.
Müğənni Toyota Alphard markalı prestijli avtomobildə hərəkət edir və onun iki şəxsi sürücüsü var.
Qeyd edək ki, Larisa Dolina 1955-ci il sentyabrın 10-da Bakı şəhərində yəhudi ailəsində anadan olub. Atası Aleksandr Markusoviç Kudelman, anası isə Qalina İzrailevna Kudelmandır.