Bakıda 3 oğru  tutuldu
26 noyabr 2025 17:34 (UTC +04:00)

Bakıda 3 oğru tutuldu

0

Bakının Sabunçu rayonunda oğurluq olub.

Lent.az xəbər verir ki, gecə saatlarında naməlum şəxs paytaxt sakininin evinə daxil olaraq içərisindən 1000 manat dəyərində təmir-tikinti alətlərini oğurlayıb. Bu barədə ev sahibi polisə məlumat verib.
 
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyatla cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum edilmiş 40 yaşlı R.Şükürov müəyyən olunaraq saxlanılıb.
 
Nizami rayonunda keçirilən tədbirlər zamanı isə təmir sexlərinin birində avtomobildən 400 manat dəyərində ehtiyat hissələri, eləcə də iki vətəndaşa məxsus mobil telefon və 500 manat oğurlamaqda şübhəli bilinən A.Tağıyev və F.Səfərov da saxlanılıblar.
 
Faktlar üzrə araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 74

Oxşar yazılar