Müğənni Güllünün ölümü ilə bağlı qızından ŞOK  iddia: “Mən etdim, çox peşmanam”
31 oktyabr 2025 12:24 (UTC +04:00)

Müğənni Güllünün ölümü ilə bağlı qızından ŞOK iddia: “Mən etdim, çox peşmanam”

0

Türkiyədə yaşadığı binanın 5-ci mərtəbəsindən yıxılaraq həyatını itirən məşhur müğənni Güllü ilə bağlı istintaq davam edir.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, hadisə ilə bağlı ailədaxili gərginlik və cinayət şübhələrini gücləndirən yeni açıqlamalar ortaya çıxıb.

Mərhum müğənninin qızı Tuğyan Ülkem Gülterin yaxın dostu Bircan Dülger, mediaya açıqlamasında sensasiyalı  iddialar irəli sürüb. Dülger bildirib ki, Güllü ilə qızı arasında illərdir ciddi münaqişələr olub və Tuğyan bir dəfə ona “Kaş mane ola bilsəydin… Mən elədim, amma çox peşmanam” deyib.

Dülger, Tuğyanı 15 yaşından tanıdığını və ana-qız münasibətlərində daim gərginlik olduğunu vurğulayıb. Onun sözlərinə görə, Tuğyan bir dəfə anasını mətbəx önlüyü ilə bağlayaraq öldürmək istədiyini söyləyib, həmin vaxt hadisəyə qızın dayısı müdaxilə edib.

O, həmçinin Tuğyanın əvvəllər narkotik maddə istifadə etdiyini, cinayətkarlıqla məşğul olan şəxslərlə münasibətdə olduğunu və bu səbəbdən anası ilə münasibətlərinin pozulduğunu deyib. Dülger, Tuğyanın hazırkı sevgilisinin evli olduğunu və Güllünün bu münasibətə qarşı çıxdığı üçün tez-tez gərginlik yaşandıqlarını qeyd edib.

İddiaya görə, Tuğyan anasına qarşı aqressiv mesajlar göndərib və hadisədən qısa müddət əvvəl bu mesajları gizlətməyə çalışıb. Dülger, Güllünün ölümündən sonra Tuğyanın qandakı ləkəli köynəyini ondan istədiyini və telefonundakı mesajları sildiyini də bildirib.

Mərhum müğənninin yaxın dostu və işçisi Ferdi Aydın da istintaqa verdiyi ifadədə Güllünün ölümündən əvvəl qızından qorxduğunu dediyini qeyd edib. Aydının sözlərinə görə, Güllü bir ay əvvəl “Əgər mənə nəsə olsa, qızım edib” demişdi.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1324

Oxşar yazılar