Keyfiyyətini itirmədən enerjini "yeməyi"  azalda bilən 5 televizor parametri
26 noyabr 2025 17:08 (UTC +04:00)

Keyfiyyətini itirmədən enerjini "yeməyi" azalda bilən 5 televizor parametri

0

Bir neçə sadə ayarla müasir televizorunuzun yalnız ona lazım olan qədər enerji istifadə etdiyinə əmin ola bilərsiniz.

Lent.az bu üsulu təqdim edir:

Siz qənaət edə bilərsiniz

Müasir televizorlar on il əvvəlki modellərə nisbətən xeyli az enerji sərf edir. Bu da məntiqlidir, çünki yeni panellər daha enerjiyə qənaətcildir. Köhnə televizorların illik orta enerji xərci təxminən 54 dollar təşkil edir. LED işıqlandırmalı və OLED modellər isə ənənəvi LCD ekranlara nisbətən daha az enerji istifadə etdiyinə görə, yeni cihazların illik xərci təxminən 32 dollardır. Göstərilən rəqəmlər ABŞ üzrə orta elektrik tariflərinə (kVt·saat üçün təxminən 15-17 sent) əsaslanır. Azərbaycanda tariflər fərqlidir, buna görə də faktiki xərc başqa olacaq.

Bütün hallarda ekranın ölçüsü də təsir edir: ekran nə qədər böyükdürsə, enerji sərfiyyatı da bir o qədər çoxdur. Lakin televizoru hər açdığınızda istehlakı azaltmağın yolları var. Aşağıdakı ayarları dəyişməklə növbəti elektrik haqqını azaltmaq mümkündür. Qənaət bir neçə on dollar da olsa yenə də qənaətdir.

EnergyGuide reytinqi nədir?

Yeni televizor almağı düşünürsünüzsə, ilk növbədə EnergyGuide etiketi və ENERGY STAR reytinqi ilə tanış olun. Mağazadakı bütün televizorlarda bu nişanlar olur. İstehsalçılar bu məlumatı müxtəlif modellərin enerji səmərəliliyini müqayisə etmək üçün təqdim edir.

Reytinqlər A-dan G-yə qədər dəyişir, burada A ən yüksək və ən səmərəli sinifdir. Lakin A sinfli televizorlar çox nadirdir. Smart-TV-lər üçün D və ya E sinfi çox səmərəli hesab olunur.

ENERGY STAR sertifikatlı yeni modellər eyni funksiyalara sahib olmaqla yanaşı, rəqiblərindən 25 faiz daha enerjiyə qənaətcil olmalıdır. Belə televizorlar bir qədər baha olur, lakin qənaət hesabına fərq tez kompensasiya olunur.

Bəs mövcud televizorunuz? Aşağıdakı ayarları yoxlayın

1. Parlaqlığı azaldın

Parlaqlıq hiyləgər parametrlərdəndir: görüntünü yaxşılaşdıra bilər, amma həddindən çox olduqda həm enerji israfına, həm də kontrastın pisləşməsinə səbəb olur. Yeni televizorlarda çox vaxt ABC Automatic Brightness Control işıq sensorları olur onlar parlaqlığı avtomatik tənzimləyir. Televizorunuzda Eco və ya Movie rejimini seçin həm enerji sərfiyyatı optimallaşar, həm də gözləriniz daha rahat olar.

2. Yuxu taymeri (Sleep Timer) qurun

Televizorun işığında yatmaq kiməsə xoş gələ bilər, amma qənaət baxımından zərərdir. Yuxu taymerini aktiv edin televizor 2 saat fəaliyyət olmadıqda avtomatik sönür.
Eyni şəkildə “Standby” rejimi də müəyyən vaxt pasivlikdən sonra cihazı söndürə bilər.

3. Musiqi dinləyərkən ekranı söndürün

İdman və ya musiqi kanallarına qulaq asırsınızsa, ekrana ehtiyac yoxdur. Bir çox televizorda ekranı tam söndürmə funksiyası mövcuddur. Bu funksiya yoxdursa parlaqlığı minimuma endirin. Televizor “fon kimi” işlədikdə də ekranı söndürmək enerji qənaət edir.

4. Cihazı tam söndürün

Müasir televizorlar ildə təxminən 55 kVt·saat enerji istifadə edir. Müqayisə üçün: soyuducu ildə 550 kVt·saat sərf edir. Lakin soyuducunu söndürmək olmaz. Pultla söndürdükdə televizor “gözləmə rejimi”nə keçir və 0,4 Vt güc istifadə etməyə davam edir. Doğrudan da qənaət etmək üçün televizoru və qoşulu cihazları şəbəkə filtri vasitəsilə tam söndürmək lazımdır.

5. Görüntü keyfiyyəti və enerji balansı

Enerjiyə ciddi qənaət etmək istəyirsinizsə, OLED televizor çox yaxşı seçimdir. Onun pikselləri ayrıca işıqlandığına görə tünd səhnələrdə bir çox piksel tamamilə sönür bu da sərfiyyatı azaldır. Yeni televizor alarkən ENERGY STAR sertifikatlı, EnergyGuide reytinqi D və ya daha yüksək olan OLED modeli seçmək tövsiyə olunur.

Lakin nəzərə alın ki:

Ekranın həlli nə qədər yüksəkdirsə, enerji sərfiyyatı da bir o qədər artır. 4K ekran 8,29 milyon piksel ehtiva edir 1080p-dən 4 dəfə çox. Deməli, ona 4 dəfə çox enerji lazımdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 36

Oxşar yazılar