Bakı bulvarında gənc qız ölümdən son anda xilas edilib.
Lent.az xəbər verir ki, hadisə ötən gecə saat 01 radələrində Milli Parkın ərazisində qeydə alınıb.
Abşeron rayon sakini, 22 yaşlı A.Ə özünü dənizə atmağa cəhd göstərib.
Cəhdin qarşısı ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən dərhal alınıb.
Faktla bağlı araşdırma aparılır.