Abşeronda ölümlə nəticələnən yol qəzası olub.
Bu barədə Lent.az- Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə noyabrın 26-da Məmmədli–Fatmayı yolunda baş verib. Nəticədə “Chevrolet” markalı avtomobilin sürücüsü E. Ələsgərov dünyasını dəyişib. İlkin ehtimala görə, faciəyə sürücünün sürət həddini açması və əks zolağa çıxması səbəb olub.
BDYPİ bir daha sürücülərdən sükan arxasında tələsməməyi, risk etməməyi və həyatınızı təhlükəyə atmamağı xahiş edir. Sürət cəmi bir neçə saniyənin qənaəti, amma bir ömrün itkisi ola bilər. Yollarda məsuliyyətli olaq!