Bakı Dairəvi-1 avtomobil yolunda sürət həddi endirildi
27 noyabr 2025 10:19 (UTC +04:00)

Bakı Dairəvi-1 avtomobil yolunda sürət həddi endirildi

0

Bakı Dairəvi-1 avtomobil yolunda sürət həddi endirilib.

Bu barədə Lent.az-aAzərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, “Şamaxinka” adlanan yol sahəsindən Lökbatan dairəsinədək olan hissənin 14 km-lik kəsiyində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə sürət həddi 100 km/saatdan 90 km/saata endirilib.

Qeyd olunan yol sahəsində müvafiq yol nişanları quraşdırılıb.

Sürücülərdən hərəkət təhlükəsizliyini qorumaq üçün sürət hədlərinə riayət etmələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 262

Oxşar yazılar