Dövlət Televiziyasının solisti, muğam ifaçısı Bəyimxanım Vəliyeva dekabrın 18-də Heydər Əliyev Sarayında gerçəkləşdirəcəyi konsertdən danışıb. Lent.az-a açıqlama verən müğənni bildirib ki, tamaşaçıları maraqlı bir konsert proqramı gözləyir: “Hazırda konsertə hazırlaşıram. Konsert rəngarəng olacaq. Çünki gecədə muğam, xalq mahnıları, klassik əsərlər və bəstəkar mahnıları səslənəcək”.
Onu da əlavə edək ki, həmin gün Bəyimxanımla eyni səhnəni xalq artisti Samir Cəfərov və meyxanaçı Namiq Qaraçuxurlu bölüşəcək.
Qeyd edək ki, B. Mirzəyeva 2005-ci ildə keçirilən I Muğam Televiziya müsabiqəsinin qalibidir.