Alim Qasımovun 21 dekabr konserti “Planetlərin paradına” həsr olunub
19 dekabr 2012 16:28 (UTC +04:00)

Alim Qasımovun 21 dekabr konserti “Planetlərin paradına” həsr olunub

Dekabrın 21-də Kanadanın Toronto şəhərində Muğam – Beynəlxalq Festivalı çərçivəsində Azərbaycanın görkəmli muğam ustası, dünya şöhrətli musiqiçi Alim Qasımovun “Sama-e Rast Muğam rəqsi” adlı konserti “Planetlərin paradı”na həsr olunacaq. Xalq artistinin meneceri Səadət Möhübovanın Lent.az-a verdiyi məlumata görə, dekabrın 15-də Alim Qasımov ABŞ-a yola düşüb. O, hazırda konsert üçün məşqlər keçirir. Onun sözlərinə görə, sözügedən festival Kanadada qışın gəlişinə və 21 dekabrda baş tutacaq “Planetlərin paradı” hadisəsi münasibəti ilə təşkil edilib.

Xalq artistinin meneceri bildirib ki, sözügedən layihə 2004-cü ildə gerçəkləşdirilməli imiş. Lakin, maliyyə imkanları çatışmadığı üçün gecikməli olub.

 

Xalq artisti konsertdə tanınmış rəqqas, Güney Azərbaycandan olan Saşar Zariflə birgə şou təqdim edəcək. Həmçinin, konsertdə 70 yaşlı rəqqas, xanım Mimi Beikin də çıxışı olacaq.


Sözügedən festival Kanadanın və Ontario əyalətinin İncəsənət Şuraları və Ağaxan Muzeyinin himayəsi və Azərbaycan Respublikasının Kanadadakı səfirliyinin dəstəyi ilə təşkil ediləcək. Festivalın məqsədi zəngin Azərbaycan muğam ənənələrini Kanadada təbliğ etməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1530

Oxşar yazılar