Dünya şöhrətli muğam ustası Alim Qasımov mötəbər festivala hazırlaşır. Lent.az-ın məlumatına görə, xalq artistinin budəfəki çıxışı Avstraliyada olacaq. Alim Qasımov mart ayında orada təşkil olunan “Womed” festivalına qatılacaq. Mötəbər festivalda dünyanın bir çox tanınmış musiqiçisi iştirak edəcək. Alim Qasımov qızı Fərqanə Qasımova ilə birlikdə Azərbaycanı təmsil edəcək.
Xalq artistinin konsert proqramının təşkilatçısı Fransadakı meneceri Yorrik Benoistdir. Qeyd edək ki, əcnəbi menecer Alim Qasımovla 20 ildir işləyir.