![[b]Elza Seyidcahan Heydər Əliyev adına Sarayda konsert verdi[/b]](https://lent.az/storage/news/2019/april/28/big/939300a26a64f436923b4e79bbb4ab10.jpeg)
[b]Elza Seyidcahan Heydər Əliyev adına Sarayda konsert verdi[/b]
Aprelin 28-də Heydər Əliyev adına Sarayda əməkdar artist Elza Seyidcahan konsert proqramı ilə çıxış edib.
ONA xəbər verir ki, "Sənə bənzər" adlanan konsert proqramı Elza Seyidcahanın 25 illik səhnə fəaliyyətinə həsr olunub.
İmadəddin Nəsiminin qəzəlinə bəstələnmiş mahnı ilə açılan konsert proqramı, daha sonra Mikayıl Müşfiqin "Yenə o bağ olaydı" şeirinə bəstələnmiş eyni adlı musiqi nömrəsi və canlı ifalarla davam edib.
Elza Seyidcahan sevilən mahnıları ilə yanaşı, yeni bəstələrini də səsləndirib. Konsertdə, həmçinin "Azərbaycanın səsi" yarışmasının qalibləri muğam parçaları ilə çıxış ediblər, müğənninin bacısı Rasimə Seyidcahan isə musiqi nömrələri ifa edib. Azərbaycan Dövlət Pantomima Teatrının aktyorları da səhnədə yer alıblar. Konsert proqramı əməkdar artist Hüsniyyə Mürvətovanın səsləndirdiyi şeir parçaları ilə daha da rəngarəng olub.
Konsertdə Elza Seyidcahanı Qara Qarayev adına Dövlət Kamera Orkestri müşayiət edib.
Oxşar yazılar

Mütləq izləməli olduğunuz 7 həyəcanverici detektiv serial - VİDEO
18 iyul 2025 , 14:45
Kefinizi açacaq 5 məzəli film - VİDEO
17 iyul 2025 , 19:46
Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi
17 iyul 2025 , 16:25
Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO
16 iyul 2025 , 17:16
Çətin dövrlərdə sizi rahatlaşdıracaq 5 film - VİDEO
16 iyul 2025 , 15:33
Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı - FOTO
16 iyul 2025 , 11:25
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
15 iyul 2025 , 16:19