2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib.
APA-nın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev bu gün Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Prezident İlham Əliyev ölkəmizin tolerantlıq ənənələrinin mədəniyyətlər və sivilizasiyalararası dəyərlərə mühüm töhfələr verdiyini nəzərə alaraq, 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etdiyini vurğulayıb.