Qız Qalasının qarşısında yerləşən körpü təmir məqsədilə fevralın 10-na qədər bağlanır.
Lent.az bildirir ki, bu barədə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə məlumat verib.
"Qız Qalasının qarşısında yerləşən körpü təmir işləri üçün bağlanıb və aparılan təmir işləri ilə əlaqədar olaraq körpü üzərində piyadaların hərəkəti məhdudlaşdırılacaq. Körpünün aşırımlarının bərpasının 10 fevral tarixinə qədər yekunlaşdırılması nəzərdə tutulub”, – məlumatda deyilir.