“İşsiz qalsan, ailəni dolandırmaq üçün qabyuyan da işləməlisən. Məcbursan. Bir dəfə getdim bir marketə. Menecer işi var idi. Evdə bir qəpik pul yox. Marketin rəhbəri məni tanıdı, dedi “müəllim, səni işə götürə bilmərik, gərək bütün jurnalistlərin dilinə düşək”. İstəməsəm də, cibimə 300 manat basdı, həmin ərəfədə o pula çox ehtiyacım var idi. İndi də dostluq edirik, həmin adamla. Amma işə götürmədi”.
Bu fikirləri Lent.az-a məşhur aktyor Əjdər Zeynalov səsləndirib.
Aktyor etiraf edib ki, çətin günləri çox olub və ailəsii dolandırmaq üçün zəif filmlərdə belə rol alıb.
“Etiraf edim ki, ehtiyaca görə hər işə getmişəm, zəif filmlərə çəkilmişəm, ailəni dolandırmalıydım.
“Bir dəfə qızımın müəllimi məktəbdə nə üçünsə pul yığırmış, hamıya deyib pul gətirsinlər. Mənim də pulum yox. Dedim “qızım, de pulumuz yoxdur”. Müəllim uşağın üstünə qışqırıb ki, atan televizorda milyonçuluq edir, mühafizəçilərlə gəzir. Bahalı maşınlar sürür, necə yəni pulunuz yoxdur? Belə çıxır ki, məni quldur, oğru rolunda da görsə, uşağa oğrunun, quldurun qızı deyəsiymiş?”- deyə o bildirib.