“Qız və Qurd” ilk mükafatını aldı - FOTO
01 iyul 2011 14:00 (UTC +04:00)

“Qız və Qurd” ilk mükafatını aldı - FOTO

Lent.az-ın məlumatına görə, təqdimatda “Dialoq Avrasiya” platforması kitabı “Həqiqətə xidmətlərinə görə” mükafatı ilə təltif edib. Platformanın rəhbəri Mustafa Saatçı kitab müəllifinə əsərdən dolayı təşəkkür edərək, əsərin daha böyük mükafatlar almasını arzulayıb. MŞ sədri Əflatun Amaşov də öz növbəsində kitab müəllifinə təşəkkürlərini bildirib. O deyib ki, müəllif bu kitabı özünə yox, bizlərə yazıb: “Kitab bizim gələcəyimiz, yaddaşımız üçün yazılıb”.
Ə.Amaşov kitabın süjet xəttindəki hadisələrdən bəhs edərək, bunun türkün böyük totemi olan Qurdun böyüklüyündən danışdığını bildirib.


Tədbirdə çıxış edən “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid müəllifi təbrik edərək, onun Azərbaycan jurnalistikasındakı fəaliyyətinə toxunub. R.Məcid qeyd edib ki, bu əsər başqa dillərə də tərcümə edilsin. O, Zaur Akifoğlunun bədii əsərlərinin davamlı olmasını arzulayıb.


APA informasiya agentliyinin baş direktoru Vüsalə Mahirqızı da kitab müəllifini təbrik edərək, belə bir kitabın ərsəyə gəlməsində payı olan sponsorlara və nəşriyyat rəhbərliyinə minnətdarlıq bildirib. O deyib ki, kitabda Qarabağ probleminə tamam fərqli mövqedən yanaşılıb. V.Mahirqızı müəllifin bu cür əsərləri tez-tez yazmasını arzulayıb və kitabın gənclərə çatdırılmalı olduğunu vurğulayıb.


Tədbirdə iştirak edən “Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və digər şəxslər kitabın özəlliklərindən danışıblar, kitabın Qarabağ münaqişəsi ilə bağlı yazılmış tamam yeni baxışlarla işlənən əsər olduğunu, türkün tarixi totemi olan Qurdun ermənilər tərəfindən daima məhv edilmək siyasəti aparıldığının isbat edildiyini vurğulayıblar. Çıxış edənlər belə bir əsər yazdığına görə, müəllif Zaur Akifoğluna təşəkkür edib, onu ilk əsəri münasibətilə təbrik ediblər.


Təbrikləri qəbul edən “Qız və Qurd”un müəllifi Zaur Akifoğlu kitabı ürəkdən yazdığını, onun ssenarisinin yazı prosesində öz-özünə formalaşdığını qeyd edib: “Əsərin bir çox səhnəsində Qurddan yazdığım hissələrdə bəzən özüm Qurd olmuşam, elə əsərin qəhrəmanı Nigarı da göz yaşı tökə-tökə mən yemişəm” deyə, müəllif yarı-zarafat qeyd edib.

Anar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 746

Oxşar yazılar