
Alim və Fərqanə Qasımovlar Londondan qayıdıblar
Xanəndələr Londonda maraqlı bir konsert proqramı ilə çıxış ediblər. Alim Qasımovun Lent.az-a verdiyi məlumata görə, konsert sentyabrın 19-da məşhur “Barbican hall” konsert salonunda baş tutub: “Əvvəl biz ikimiz də ayrı-ayrı ifa etdik. Sonra tamaşaçılar alqışlarla bizi bir neçə dəfə səhnəyə geri çağırdılar. Biz də onlar üçün “Şur” dəstgahını ifa etdik. Konsert çox gözəl keçdi, böyük maraqla qarşılandı. Əslində o məkan bizim üçün heç də yad deyil. Çünki orada bir neçə dəfə konsert proqramları ilə çıxış etmişik”.
Xanəndələri konsert boyu tarda Zəki Vəliyev, kamançada Rauf İslamov müşayiət edib.
Xanəndələri konsert boyu tarda Zəki Vəliyev, kamançada Rauf İslamov müşayiət edib.
Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06