
Tanınmış bəstəkar xanım Aşura ziyarətində
0
0
Azərbaycanın əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Nailə Mirməmmədlinin islam dininə bağlı bir xanım olduğu çoxlarına məlumdur. Uşaq vaxtlarından ibadət əhli olan Nailə xanım, 2007-ci ildə Məkkə şəhərində müqəddəs Kəbə evini ziyarət etdikdən sonra, Hacı xanım tituluna da yiyələnib. Nailə xanım Azərbaycan mədəniyyəti və şou-biznesində fəaliyyət göstərən say-seçmə xanımlardandır ki, dini mərasimləri özünəməxsus şəkildə qeyd edir. Lent.az bəstəkarın bu günlərdə Mir Mövsüm Ağanın Bakının Şüvəlan kəndində yerləşən ziyarətgahında Kərbəla şəhidlərinin xatirəsi üçün etdiyi ziyarətdən fotolenti təqdim edir.
0
0