Britaniyalı qadın maraqlı vəziyyətlə rastlaşıb.
Lent.az-ın xəbərinə görə, məşhur marketdən Misir çiyələyi alan qadın qutunu evdə açdıqda təəccüblənib. Qutudan kiçik bir kərtənkələ çıxıb.
Qadın özünü itirmədən heyvanı tutaraq qutuya salıb və heyvanların mühafizəsi təşkilatına zəng edib. Bioloqlar canlının nadir növ kərtənkələ olduğunu müəyyən ediblər. Onun 5000 km yolu qutuda necə salamat gəldiyi də təəccüb doğurub.