Moskvalı təqaüdçü supermarketə maskasız alış-verişə gələnləri qovmağa çalışıb və onları silahla vuraağı ilə hədələyib.
Lent.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, İnternetdə yayımlanan görüntülərdə yaşlı bir kişinin odlu silahla silahlandığı, başqalarına tərəf yeriyərək ərazidən çıxmalarını tələb etdiyini görünür.
“Maskasızlar mağazadan çıxın! Çıxın! İndi tətiyi çəkəcəyəm!”, - kişi söyləyir.
Bu videonun nə vaxt və harada çəkildiyi məlum deyil. Eyni zamanda bu hadisənin necə nəticələndiyi haqda da məlumat verilmir.