Şəlalədən alov axır:  ildə cəmi 1-2 dəqiqə görünən  mənzərə
26 may 2026 16:54 (UTC +04:00)

Şəlalədən alov axır: ildə cəmi 1-2 dəqiqə görünən mənzərə

0

ABŞ-ın Kaliforniya ştatındakı Yosemite National Park ərazisində yerləşən Yosemite şəlaləsi, günəş şüalarının təsiri ilə ildə cəmi bir neçə dəqiqəlik “Alov şəlaləsi”nə çevrilir. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu möhtəşəm təbiət hadisəsi parkın məşhur şəlalələrindən biri olan Horsetail Fall üzərində baş verir. Hər il minlərlə turist bu nadir mənzərəni izləmək üçün bölgəyə axın edir.

Adi günlərdə sıradan qaya şəlaləsi kimi görünən Horsetail yalnız qışın sonu və yazın əvvəlinə yaxın dövrlərdə, hava şəraitinin uyğun olduğu günlərdə müşahidə olunur və sanki lava axırmış kimi parlaq narıncı və qırmızı rəngə boyanır.

Adətən yalnız bir neçə dəqiqə görünən bu təbiət hadisəsi, günəşin bucağı dəyişdikcə sürətlə yox olur.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 212

Oxşar yazılar