Sabah ən nadir Günəş tutulması baş verəcək
09 iyun 2021 19:07 (UTC +04:00)

Sabah ən nadir Günəş tutulması baş verəcək

İyunun 10-da Yer kürəsinin sakinləri ən nadir astronomik hadisəni görmək fürsəti əldə edəcəklər.

Lent.az xarici mediaya istinadla bildirir ki, İnternet mənbələrinə görə, həlqəvi günəş tutulmasından söhbət gedir.

Belə hadisə çox nadir hallarda baş verir: son dəfə bu, təxminən 50 il əvvəl olub.

Günəş tutulmasının zirvə anının cümə axşamı Bakı vaxtı ilə saat 13:12-də olacağı gözlənilir.

Rusiyanın, Finlandiya və Norveçin şimal hissəsinin sakinləri Günəş tutulmasını hamıdan yaxşı görəcəklər: həmin ərazilərdə yaşayanlar Ayın Günəşi demək olar ki, necə tamamilə "örtəcəyini" görə biləcəklər.

Bu anda heç bir halda günəş eynəyi olmadan göyə baxmamalı olduğunuzu xatırlatmağa dəyər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1899
avatar

Oxşar yazılar