Qayanın altında qalan şəhər, çətir istifadə etməyən insanlar -  FOTOLENT
07 iyul 2021 23:14 (UTC +04:00)

Qayanın altında qalan şəhər, çətir istifadə etməyən insanlar - FOTOLENT

İspan dağlarının bir küncündə, gözlərdən uzaq tənha yaşayan bu insanlar sözün əsl mənasında qayanın altındadılar.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, bu qəsəbə nəhəng bir qayanın altında inşa edilib. Belə bir şəhərin salınmasının kimin ağlına gəldiyi hələ də məlum deyil, amma təqdim etdiyimiz fotoların insanları dəli edəcəyi qaçılmazdır. Əgər belə bir yerdə yaşasaydınız, gecə rahat yata bilərdinizmi?

Bu qəsəbə Setenil de las Bodegasda yerləşir. Şəhərdə təxminən 3000 nəfər yaşayır. Rio Trejo çayının tam yanında yerləşən qəsəbədə çaydan su mənbəyi kimi istifadə edilir. Burada bəzi evlərin dam örtüyünə ehtiyacı yoxdur. Qayalar demək olar ki, bütün qəsəbənin üstünü örtür. Göy üzünü görmək mümkünsüzdür. Yağış yağanda isə çətirdən istifadə etməyə ehtiyac qalmır.

Min dəfə eşitməkdənsə , bir dəfə görmək yaxşıdır. Elə isə fotoları təqdim edirik. Çox təəccüblənəcəksiniz...

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2766
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar