PORNOSAYTDA  texniki xəta: 1,2 milyon insanın şəxsi məlumatları YAYILDI  
29 oktyabr 2021 05:14 (UTC +04:00)

PORNOSAYTDA texniki xəta: 1,2 milyon insanın şəxsi məlumatları YAYILDI  

Amerikanın məşhur pornoqrafik saytlarından olan “luscious”un texniki heyəti   kibertəhlükəsizlik baxımından böyük səhvə yol verib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, yaranmış texniki xəta 1,2 milyon istifadəçinin, o cümlədən 40 min fransızın şəxsi məlumatlarının aşkar edilərək sosial şəbəkələrdə yayılmasına səbəb olub.

Məlumata görə, istifadəçilərin adları, e-mail poçt şifrələri, yaşadığı ünvanlar açıq-aydın üzə çıxıb.

Səhvi aşkar edən “vpnMentor” şirkətinin ixtisaslaşmış tədqiqatçıları “.fr” domeni ilə bitən 13 min elektron ünvanı müəyyən edib. Hətta bəzi istifadəçilərin iş e-mail poçtu vasitəsilə qeydiyyatdan keçərək pornosayta üzv olduqları məlum olub. 

Lakin qarşı tərəf iddia edir ki, heç bir parolun sızmasından söhbət gedə bilməz. Yaranmış texniki xəta 4 gün sonra bərpa edilib. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11418
avatar

Oxşar yazılar