Texas (ABŞ) sakini ötən ilin mayında həbs edildiyi zaman polis əməkdaşlarına tüpürdüyünə görə 70 il müddətinə azadlıqdan məhrum edilib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları 36 yaşlı Larri Pearsonu məişət zorakılığı ittihamı ilə bir qadının üzünə bir neçə dəfə vurduqdan sonra onu çoxsaylı xəsarətlər yetirməsi ilə bağlı saxlayıblar. Pearson həbs edilməməsinə qəzəblənib və polis maşınının qapısını təpikləməyə başlayıb.
Onun dayanmasını tələb etmək üçün iki polis qapını açıb. Bu zaman Pearson onlara tüpürüb və hətta Lubbock County İstintaq Təcridxanasına aparıldıqdan sonra da bunu etməyə davam edib.
Sonradan münsiflər heyəti onu dövlət məmurunu təqib etməkdə iki maddə üzrə təqsirli bilib. Prokuror əlavə edib ki, Pearson əvvəllər də ağır quldurluq və məişət zorakılığına görə məhkum olunub. Buna görə onu ağır cəza gözləyir.