Tualetdəki xoşagəlməz qoxunun qarşısını almağın müxtəlif üsulları var.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bir çox insan xoşagəlməz qoxunu yox etmək üçün nəzərdə tutulmuş müxtəlif kimyəvi maddələrdən istifadə edir. Lakin kimyəvi maddələr bəzən işə yaramır.
Bəs, tualetdəki xoşagəlməz qoxudan necə qurtulmaq olar?
Bu problemi tez həll etmək üçün əlinizdə olan əşyalardan istifadə edə bilərsiniz.
Diş pastası
Diş pastasının qabını bir neçə yerdən deşib suya batırın. Beləliklə, tualetdəki pis qoxu təmizlənməyə başlayacaq.
Sirkə
Ən çox istifadə edilən təmizləmə üsullarından biri də sirkədir. Sirkəni tualetinizə tökdükdən sonra qoxunun xeyli azaldığını görəcəksiniz.
Soda və limon suyunun qarışığı da tualetdəki xoşagəlməz qoxuları aradan qaldırmaqda çox təsirlidir. Yaratdığınız qarışığı sprey şüşəsi ilə tualetinizə sıxaraq tətbiq edə bilərsiniz.
Kibrit
Tualetdə 5-6 ədəd kibrit yandırmaq xoşagəlməz qoxuların məhv olmasına səbəb olacaq.