Dünyanın bir çox ölkələrində qonaqların aktiv istirahət edə biləcəyi otellər və qonaq evləri var.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, cəsur insanlar isə adətən qeyri-adi istirahətə üstünlük verirlər.
Peruda qayalıqlar üzərində salınmış otel də məhz sərgüzəştlər axtaranlar üçün nəzərdə tutulub. Belə ki, qayalarda cəsurlar üçün şəffaf kapsullar hazırlanıb. Üç kabinədə 4 nəfər üçün ən rahat şərait yaradılıb. Kapsullar 3 hissəyə bölünür: yataq otağı, yemək otağı və vanna otağı. Ekstremal mənzillər alüminium və polikarbonatdan əl ilə yığılır, günəş enerjisindən istifadə edilir.