Kişi tənhalığın öhdəsindən  seks kukla   ilə gəldi
24 yanvar 2023 02:49 (UTC +04:00)

Kişi tənhalığın öhdəsindən seks kukla ilə gəldi

Avstraliyalı tənhalığın öhdəsindən gəlmək üçün seks kukla alıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, o, kukla ilə həyatından və münasibətindən danışıb.

Yeni Cənubi Uelsdən olan 54 yaşlı Rod (əsl adı deyil) COVID-19 karantiyası zamanı özünü xüsusilə tənha və itkin hiss edib. “Ev çox boş idi. Heç bir motivasiya olmadıqda, həyat darıxdırıcı olur. İki il qızlara toxunmadım və bu mənim özgələşmə hissimi daha da gücləndirdi”, - kişi xatırladıb.

Vəziyyətini yaxşılaşdırmaq üçün avstraliyalı internetdə Cenni (ad dəyişdirilib) adlı qadınla ünsiyyət qurmağa başlayıb. Ancaq o, ondan beş min kilometr uzaqda idi.

Sonra Rod tənhalığın öhdəsindən gəlmək üçün başqa yollar axtarmağa başlayıb və cinsi kuklalar haqqında məlumatla rastlaşıb. O, onların nə qədər real göründüyünə heyran olub və sifariş vermək arzusu yaranıb. Kişi, 3000 Avstraliya dolları dəyərində kukla seçib və ona Karina adını verib.

“Birdən, boşluqdan qadın şəklində bir şey çıxdı və bu, qayğı və baxım tələb etdi. Gözəl idi”, - Rod etiraf edib. O, Karinanın şəkillərini çəkməyə başlayıb və bu proses onu o qədər heyran edib ki, şəkillər üçün sosial şəbəkədə ayrıca səhifə yaradıb və seks kuklaları olan həmfikirləri tapıb.

Vaxt keçdikcə avstraliyalı Cenniyə Karina haqqında danışıb. Qadın əvvəlcə çaş-baş qalıb və seks kuklasını qəbul etmək istəməyib, lakin sonra bunun Roda necə müsbət təsir etdiyini anlayıb və ona münasibətini dəyişib. Daha sonra kişi Karinanı 85 yaşlı anasına göstərib.

"Anam çox qorxdu və ona toxunmaq belə istəmədi”, - kişi deyib. Münasibətini dəyişmək üçün ondan fotosessiyalardan birinə kömək etməsini istəyib. Nəticədə yaşlı qadının da kukladan xoşu gəlib.

Rodun işi böyük Çin seks kuklaları şirkətinin diqqətini çəkib. İndi o, onların məhsullarının fotolarını çəkir. Kişinin sözlərinə görə, Karina həyatını kökündən dəyişdirib: ona duyğularını qəbul etməyi və tanımağı öyrədib, onu bir çox həmfikir insanlarla birləşdirib.

# 8361
avatar

Oxşar yazılar