Kiprikləri uzatmaq üçün BUNLARI EDİN
01 iyul 2021 19:11 (UTC +04:00)

Kiprikləri uzatmaq üçün BUNLARI EDİN

Uzun və sağlam kipriklərə sahib olmaq istəyirsiniz? Yaxşı, bunun üçün lazım olan məhlulu evdə hazırlamağa nə deyirsiniz? 

Lent.az Türkiyə mətbuatına istinadən ev şəraitində kiprik uzatmaq üçün lazım olan məhlulun hazırlanma qaydasını təqdim edir.  

Bunun üçün sizə sadəcə aloe və gənəgərçək yağı lazımdır. 

Qaş və kirpik uzatmaq üçün məhlul son illərdə olduqca məşhurdu. İstifadə etdiyimiz makiyaj məhsulları içində dərimizə zərərli olan ağır maddələr var. Bunun nəticəsində bəzən kirpiklərimiz zəifləyir və tökülür. Bunun üçün də kipriklərə qulluq lazım olur. Bahalı məhsullara pul xərcləmək istəmirsinizsə, sizin üçün bu məhlul çox faydalı olacaq.  


Lazım olan məhsullar:

2 qaşıq gənəgərçək yağı
2 qaşıq aloe geli 
Qapaqlı balaca qab
 
 
Hazırlanması: 

Gənəgərçək yağı ilə aloe gelini qaba tökün. Sonra hər istifadədən əvvəl qarışdırıb, tuj fırçası ilə yavaşca kirpiklərinizə və qaşınıza sürtün. Bunu etdikdən sonra yumayın. 

Gənəgərçəkdəki yağ turşuları və E vitamini kirpik köklərini möhkəmləndirir, uzanmasına çox kömək edir. Gündəlik olaraq istifadə etdikdə 2-4 həftə içində nəticəni görəcəksiniz. Sağlamlıq üçün ayda bir dəfə bu məhlulu yeniləməyiniz məsləhət görülür. İstifadə zamanı gözlə təmasa diqqət edin.

Sevinc Nurəddinova

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2451
avatar

Oxşar yazılar