Alimlər itlərin kədərdən ağlaya bilib-bilmədiklərini araşdırıblar.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, itlər kədərdən ağlaya bilmir. Ümumiyyətlə, heyvanlar göz yaşlarını gözlərini nəmləndirmək və qorumaq üçün istifadə edirlər.
Heyvanlar kədərlənmək qabiliyyətinə malikdirlər və onların cansıxıcı, narahat və ya digər mənfi emosiyalar yaşadıqlarını göstərən bir sıra davranış siqnalları mövcuddur.
Bəzi heyvanlar kədərlənərkən evdəki mebeli dişləmək, əşyaları dağıtmaq kimi dağıdıcı və ya narahat davranışlar da göstərə bilər.