İnsanlar öləməmişdən əvvəl  bu yuxuları görürlər
13 iyul 2026 19:20 (UTC +04:00)

İnsanlar öləməmişdən əvvəl bu yuxuları görürlər

0

Ömrünün son mərhələsində olan insanların gördüyü yuxular uzun illərdir alimlərin diqqət mərkəzindədir. Son araşdırmalar göstərir ki, ölümə yaxınlaşan xəstələrin böyük bir qismi son günlərində olduqca canlı və real görünən yuxular və görüntülər yaşadıqlarını bildirir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə SAGE jurnalında dərc olunan araşdırmada qeyd olunub.

İtaliyalı neyropsixoloq Elisa Rabittinin rəhbərlik etdiyi tədqiqat qrupu bu mövzuda aparılmış elmi işləri təhlil edərək ölümə yaxın dövrdə görülən yuxular və görüntülər 

Araşdırmaya əsasən, sağalmaz xəstəlikdən əziyyət çəkən insanların təxminən 50-60 faizi həyatlarının son günlərində yuxuda və ya ayıq vəziyyətdə qeyri-adi təcrübələr yaşadıqlarını bildirib.

Ən çox rast gəlinən hallar vəfat etmiş ailə üzvlərini, yaxın dostları və ya həyatlarında mühüm rol oynamış insanları görmək olub. Tədqiqat müəllifləri vurğulayırlar ki, bu təcrübələr sayıqlama, hallüsinasiya və ya demensiyadan fərqlənir. Çünki xəstələr zaman və məkan hissini itirmir, gördüklərini ardıcıl və məntiqli şəkildə danışa bilirlər.

Oxşar nəticələr amerikalı paliativ tibb mütəxəssisi Kristofer Kerrin uzun illər apardığı müşahidələrdə də qeydə alınıb. Onun araşdırmalarında iştirak edən terminal mərhələdəki xəstələrin əksəriyyəti ən azı bir dəfə belə yuxu və ya görüntü gördüklərini deyiblər. Onların təxminən yarısı bu hadisələrin yuxu zamanı baş verdiyini, yaşadıqları hisslərin isə olduqca real olduğunu bildirib.

Araşdırmalar göstərir ki, vəfat etmiş yaxınlarla görüşmək xəstələrdə daxili rahatlıq yaradır və ölüm qorxusunu azaltmağa kömək edir. Alimlərin müşahidələrinə görə, insan ömrünün sonuna yaxınlaşdıqca belə yuxuların və görüntülərin sayı artır.

Xəstələr tez-tez uşaqlıq illərinin keçdiyi məkanları, çiçəkli bağları, dini simvolları və uzaq səfərləri xatırladan mənzərələri gördüklərini də bildiriblər. Araşdırmada səfərə hazırlaşmaq və ya uzaq yola çıxmaq mövzulu yuxuların da geniş yayıldığı qeyd olunur.

Alimlər hesab edirlər ki, bu fenomen insanın həyatını mənəvi baxımdan qəbul etməsinə, daxili rahatlıq tapmasına və ölüm qarşısındakı qorxunun azalmasına kömək edə bilər. Onların fikrincə, bu prosesin daha yaxşı öyrənilməsi həkimlərə və yaxınlarına ömrünün son günlərini yaşayan insanlara daha keyfiyyətli psixoloji dəstək göstərmək imkanı yarada bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 296

Oxşar yazılar