Heyvanları Qoruma Dərnəyində xoruz  DÖYÜŞDÜRÜLDÜ  : 50 min cərimə
23 yanvar 2023 15:38 (UTC +04:00)

Heyvanları Qoruma Dərnəyində xoruz DÖYÜŞDÜRÜLDÜ : 50 min cərimə

Manisanın Sarıgöl rayonunda əsas vəzifəsi heyvanları və ətraf mühiti qorumaq olan dərnəkdə heyrətamiz hadisə baş verib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, orada fəaliyyət göstərən Heyvanları, Ətraf Mühiti və Təbiəti Mühafizə Dərnəyində xoruz döyüşləri keçirilib.

Reyddə dərnək binasının daxilində yaradılmış xüsusi cığır və meydançada qanunsuz xoruz döyüşlərinin aparıldığı müəyyən edilib.

Dərnəyin binasında aparılan axtarış zamanı müxtəlif nahiyələrindən xəsarət almış 21 xoruz və xoruz döyüşü üçün xüsusi hazırlanmış 1 cığır müəyyən edilib.

Axtarışdan sonra dərnək prezidenti M.T., 6 dərnək üzvü və 5 xoruz sahibi ilə birlikdə məsuliyyətə cəlb edilərkən, 135 nəfərə xoruz döyüşməsinə mərc oynadıqları səbəbilə 547 min 425 lirə (təxminən 50 min manat) cərimə kəsilib.

Dərnək binasında ələ keçirilən 21 yaralı xoruzun Sarıgöl rayon Kənd Təsərrüfatı Müdirliyinə təslim edildiyi öyrənilib.

# 1710
avatar

Fidan İlqar

Oxşar yazılar