Həddən artıq doldurulan təkərlərin TƏHLÜKƏSİ
30 may 2026 13:46 (UTC +04:00)

Həddən artıq doldurulan təkərlərin TƏHLÜKƏSİ

0

Normadan artıq şişirdilmiş təkərlər maşının idarəetməsinə mənfi təsir göstərə və protektorun daha sürətlə aşınmasına səbəb ola bilər.

Lent.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, təkərlərdə təzyiqə nəzarət vacib prosedurdur və buna laqeyd yanaşmaq olmaz.

Ekspertlər bildirir ki, təzyiq yalnız soyuq təkərlərdə yoxlanmalı və ən azı iki həftədə bir dəfə ölçülməlidir. Hətta normadan kiçik kənarlaşmalar belə təkərlərin xidmət müddətini azalda bilər.

Yüksək təzyiq qeyri-bərabər aşınmaya səbəb olur və protektorun mərkəzi hissəsi daha sürətlə yeyilir. Bundan başqa, avtomobilin yol tutumu və idarəetmə xüsusiyyətləri də pisləşir.

Təkərin yol səthi ilə təmas sahəsi azaldığından avtomobil xüsusilə döngələrdə trayektoriyanı daha pis saxlayır, qəfil manevr və təcili əyləcləmə zamanı stabilliyini itirə bilər. Bu hal ən çox yaş yolda təhlükə yaradır.

Ekspertlər əlavə edib ki, normadan artıq şişirdilmiş təkərlər sürüş komfortunu da azaldır. Yoldakı hər bir nahamarlıq (çuxurlar, çatlar və birləşmə yerləri) daha kəskin hiss olunur, kuzov və asqıya ötürülür.

Bundan əlavə, belə təkərlər daha çox səs yaradaraq avtomobil salonunda uğultuya səbəb ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 148

Oxşar yazılar