Albert Eynşteyn
09 iyun 2021 09:31 (UTC +04:00)

Albert Eynşteyn

Eynşteyn boşanmamaq üçün həyat yoldaşından nə istəmişdi? – İNANILMAZ FAKT

Albert Eynşteyn... Tarixin ən böyük dahilərindən biri. Dünyanın ən ağıllı insanlarından biri olan Albert Eynşteyn, riyaziyyat və fizika sahələrində bir çox mühüm kəşflər edib.

Dünyaya bu qədər əhəmiyyətli töhfələr verən bir insanın sevgi həyatı da eyni dərəcədə maraqlı və təlatümlü olub. Tarixdə iz qoymuş ən önəmli elm adamlarından biri olan Albert Eynşteynin şəxsi həyatı o qədər də uğurlu deyildi.

Xüsusilə ilk həyat yoldaşı Mileva Maric olan ...

Mileva ilə evlənmədən əvvəl yaşadıqları və evləndikdən sonra arvadını qəbul etməyə məcbur etdiyi şərtlər də olduqca "maraqlıdır". 

Orta məktəb və universitet təhsilindən sonra Eynşteyn 1900-cü ilə qədər olan dövrün ən yaxşı professorları ilə təhsil almaq fürsəti tapdı. Bundan əlavə Alman elminin bir çox vacib mənbələrini öyrənmək imkanı qazanır. Bu vaxt məktəbdə Mileva Maric ilə tanış olur və onlar evlənmək istəyirlər. Ancaq ataları Yəhudi olmayan bir qızla evlənməsinə icazə vermədiyi üçün 1903-cü ilə, atasının ölümünə qədər gözləməli olurlar. Və nəhayət onlar evlənir və iki övladları olur. Ancaq evlilik həyatları istədikləri kimi getmir.

1919-cü ildə həyat yoldaşı Mileva Maric ilə ayrılma həddinə çatan Eynşteyn, uşaqlarına görə evliliyini xilas etmək qərarına gəlir. Buna görə də bir evlilik müqaviləsi hazırlayır və həyat yoldaşına təklif edir.

Maraqlıdır müqavilədə nələr var idi? Şərtləri nə idi?


A. Aşağıdakılardan cavabdeh olacaqsan:
1) Paltarlarımın təmiz və səliqəli olmağından;
2) Gündə 3 dəfə, otağımda normal qaydada yemək yediyimdən;
3) Yataq otağımla iş otağımın nizamlı olmağından, xüsusi ilə iş masamın heç kim tərəfindən istifadə edilməməsindən;

B. Məcbur olmaqdıqca mənimlə bütün əlaqəni kəsəcəksən. Xüsusi ilə də aşağıdakıları tələb etməyəcəksən:
1) Evdə səninlə birlikdə oturmağımı.
2) Səninlə çölə və ya səyahətə çıxmağımı.


C. Mənimlə münasibətində bunları bilməlisən.
1) Məndən fiziki yaxınlıq gözləməyəcək və heç bir şəkildə şikayət etməyəcəksən;
2) İstədiyim anda mənimlə danışmağı dayandıracaqsan;
3) İstədiyim anda yataq otağım və ya iş otağımdan şikayət etmədən çıxacaqsan;

D. Məni heç vaxt uşaqlarımın yanında öz sözlərin və hərəkətlərinlə alçaltmayacaqsan:

Mileva bu şərtləri əvvəlcə qəbul etsə də, daha sonra icra etməkdə çətinlik çəkir. Buna görə də iki uşağını da götürərək Sürixə köçür. 5 il ayrı yaşayan cütlük 1919-cu ildə rəsmi olaraq boşanırlar. Bu ayrılıqdan bir neçə ay sonra Albert Eynşteyn əmisi qızı Elza ilə evlənir. Mileva isə bir də heç vaxt evlənmir.

“Atamdan niyə bu qədər nifrətlə danışmağımdan xəbəriniz yoxdu? Mən isə hər kəsin bildiyini zənn edirdim. Atam, 1914-cü ilin avqust ayında anamı, məni, qardaşımı Berlində tərk etdi. Hər şey o gündən sonra başladı”.

Oxuduğunuz bu cümlələr isə Eynşteynin 1914-cü ildə Berlin qatar stansiyasında tərk etdiyi oğlu Eduard Eynşteynə aiddir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4416
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar