Paris turizmin iqtisadiyyata verdiyi töhfəyə görə dünya reytinqində birinci yerdədir.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Dünya Turizm və Səyahət Şurası (WTTC) turizm üçün dünyanın ən gəlirli şəhərinin adını açıqlayıb.
Araşdırmaya görə, Fransa paytaxtının 2022-ci ildə turizm vasitəsilə iqtisadiyyata verdiyi töhfə təxminən 36 milyard dollar təşkil edib. Siyahıda ikinci yeri Pekin (33 milyard dollar), üçüncü yeri isə Orlando (31 milyard dollar) tutub.
Bundan başqa, ilk 10-luğa Çinin iki şəhəri – Şanxay və Quançjou, Amerikanın iki şəhəri – Las-Veqas və Nyu-York, həmçinin Tokio, Mexiko və London daxildir.
Qeyd olunur ki, reytinq tərtib edilərkən analitiklər turizmin ümumi daxili məhsula verdiyi töhfəni, səyahət edənlərin xərclərini, həmçinin bu sahədə iş yerlərinin yaradılmasını nəzərə alıblar. Ümumilikdə siyahıya 82 şəhər daxil edilib.