Dünyanın  ən uzun atı   “Big Jake” öldü
08 iyul 2021 02:14 (UTC +04:00)

Dünyanın ən uzun atı “Big Jake” öldü

Təxminən 2,1 metr hündürlüyü ilə dünyanın ən uzun atı kimi tanınan 20 yaşlı "Big Jake" ABŞ-da ölüb.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, ABŞ-ın Visconsin ştatındakı Smokey Hollov fermasındaki atın uzunluğu 2,1 metr, çəkisi 1 ton 136 kiloqram idi.

20 yaşında “Big Jake”, dünyanın ən uzun atı olaraq 2010-cu ildə Ginnesin Rekordlar Kitabına da düşüb.

“Big Jake”in saxlanıldığı fermanın sahibi Jerri Gilbert atın ölümünü travmatik hadisə olaraq xarakterizə edib.

 "Ailəmiz üçün böyük travma oldu. Onu çox sevirdik. Fermada onun üçün rahat şərait qurmuşduq. Dinc yaşayırdı. Çox heyf…"

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2100
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar