Dünyanın ən kiçik və ən böyük atları - FOTO
24 iyun 2021 07:14 (UTC +04:00)

Dünyanın ən kiçik və ən böyük atları - FOTO

Sosial şəbəkələrdə fotoları yayılan dünyanın ən kiçik və ən böyük atları əksəriyyətin marağına səbəb olub.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Midilli cinsindən olan “Thumbelina” adlı atın boyu 43.2 sm, çəkisi 26 kq-dır. O, gün ərzində 2 qab taxıl yeyir. 

Dünyanın ən böyük atı isə Belçikanın Vest-Brabantian bölgəsindən olan “Radar” adlı atdır.

Onun boyu 2 metr, çəkisi 1090 kq-dır. Bu nəhəng isə gün ərzində, təxminən 20 litr su içir, 8 kiloqram taxıl yeyir.

Hər iki at ABŞ-ın Texas ştatının Maunt Pleasant bölgəsində bir araya gətirilərək müqayisə edilib.


 

# 3996
avatar

Oxşar yazılar