Dünyanın ən çirkin anası Mari
25 may 2021 03:12 (UTC +04:00)

Dünyanın ən çirkin anası Mari

Dünyanın ən çirkin anası Marinin ürəkdağlayan HƏYAT HEKAYƏSİ

İyirminci əsrin əvvəlləri idi. Dörd uşaq anası olan Mari səhnədəydi. Burada başqa qadınlar da var. Kimisi kök, kimisi bığlı, kimisi gödək boylu...

Fərqli görünüşə sahib onlarla qadın. Amma hamı eyni məqsəd üçün burada idilər. Pul mükafatı almaq üçün "Dünyanın ən çirkin qadın yarışması"na qatılmışdılar. Mari isə digərlərindən qəribə üz quruluşuna görə fərqlənirdi.

Lent.az xarici KİV-ə istinadən bu eybəcər qadın haqda məlumat verəcək.

Mari... Ona baxan hər kəs gülürdü. Mari isə xəcalət çəkirdi. Utanaraq başını aşağı dikmişdi. Sonra bu yarışmada iştirak etmək fikrindən daşınaraq geriyə bir addım atdı. Getmək istədi. Gözünün önünə evdə qoyduğu ac uşağı gəldi. Bu yarışmadan alacağı pul çox vacib idi. Əri öldükdən sonra övladlarınının ehtiyaclarını təmin edə bilmir, güzəranını yaxşılaşdıra bilmirdi. Qışqırıqlara və qəhqəhələrə baxmayaraq, səhnədə gözləməyə davam etdi.

Öz-özünə dedi: "Hər şey övladlarım üçündür..."

Gözlərini yumdu və övladlarını düşündü... Ötən günləri yadına saldı.

Xəstələnməmişdən əvvəl nə qədər gözəl bir qadın idi. Baxan, dönüb bir də baxardı Mariyə. 29 yaşında, Tomas Bevan ilə evlənib 4 uşaq sahibi olduqdan sonra başlayan migren, əzələ və oynaq ağrılarına qədər.

Hər şey bundan sonra başladı. Həkimlər əvvəlcə nə olduğunu başa düşə bilmədilər. Sonra xəstəliyin "Akromegali" olduğu anlaşıldı. Bu xəstəlik Marinin üz formasını da dəyişdirərək qadını tanınmaz hala gətirdi. Təəssüf ki, Mari xəstəliyi ilə mübarizə apardığı vaxtda həyat yoldaşını itirdi. Indi o, həm xəstə, həm də tək idi. Üstəlik, ona möhtac üç balaca uşağı da vardı.

Mari bu barədə düşünərkən birdən alqış səslərini eşitdi və gözlərini açdı.

Bəli, Mari "Dünyanın ən çirkin qadını" yarışmasının qalibi olmuşdu. Mari mükafatı alanda gözlərindən yaş töküldü. İndi uşaqları üçün "Dünyanın ən çirkin qadını" idi. Amma bu qətiyyən onu incitmirdi. Çünki daha uşaqları ac qalmayacaqdılar.

Görünüşünə görə heç vaxt işə götürülməyən Mari, həmin gündən sirklərdə çalışmağa başladı. İnsanları güldürən Mari ana.  Amma heç kim onun bu ana tərəfini görmədi.

Çünki insanlar əylənməli, başqalarına xor baxaraq özlərinəinamlarını artırmalı idilər.

Fədakar ana 59 yaşında gözlərini əbədi yumdu. Son nəfəsinə qədər sirklərdə “Dünyanın ən çirkin qadını” olaraq tanındı. Yeganə qayğısı uşaqlarının heç kimdən asılı olmamaları idi.

Botoks, makiyaj, saxta kirpik, qaynaq saçları və silikon sinələri olan qadınların "Gözəl" sayıldığı bir dünyada, əlbəttə ki, Mari və Mari kimi qadınlar “Çirkinlər” elan ediləcəkdi.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5451
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar