Dondurmanı böyükdən kiçiyə hər kəs çox sevir. Dadlı olmaqdan əlavə, tərkibində olan kalsium, A vitamini, C vitamini kimi bir çox minerallar orqanizm üçün əhəmiyyət kəsb edir.
Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, orqanizmin möhkəmləndirilməsində, ürək və diş xəstəliklərinin qarşısının alınmasında faydası var.
İmmunitet sistemini möhkəmləndirir
Orqanizmi xəstəliklərdən qorumaq üçün immunitet sistemimizi sağlam qidalanma ilə təmin etməliyik. A vitamini və zülal tərkibi sayəsində dondurma immunitet sisteminin işinə kömək edir.
Ürək üçün faydalıdır
Süd, meyvə və şokoladlı dondurmalar kaliumla zəngindir. Kalium ürək sağlamlığı üçün çox vacib bir mineraldır. Bundan əlavə, kalium bədənin konsentrasiyasının qorunmasında mühüm rol oynayır.
Enerji mənbəyi
B2 vitaminli tərkibi ilə dondurma bədənimizdə enerji istehsalını tənzimləyir. B2 həmçinin dərinin yenilənməsinə kömək etmək kimi xüsusiyyətləri vardır.
Sevinc Nurəddinova