Cizgi filmindən tanıdığımız  ŞİREK  – “MƏLƏK”  necə eybəcər oldu?
10 iyun 2021 05:12 (UTC +04:00)

Cizgi filmindən tanıdığımız ŞİREK“MƏLƏK” necə eybəcər oldu?

Hamımızın cizgi filmindən "Şrek" kimi tanıdığı cizgi qəhrəmanı əslində peşəkar güləşçi olub.

Lent.az xəbər verir ki, 1903-cü ildə Fransada doğulan güləşçi 14 dildə danışa bilirdi. Anası o dövrün dilçilik üzrə professor, atası isə dəmir yolu mühəndisi olub.

Söhbət Maurise Tilletdən gedir. Tillet atasını çox gənc yaşlarında itirib. Uşaq olanda mələyi xatırladan üzünə görə, "Mələk" deyə çağırılırdı.

1917-ci ildə Tillet və anası inqilabdan sonra Rusiyanı tərk edərək Fransaya köçüblər.

Tillet 1940-cı ildə tanınmış güləş ulduzuna çevrilib. Görünüşündən fərqli olaraq o, xoşxasiyyət insan olub.

O, 20 yaşında akromelaqiya xəstəliyinə yoluxub. Bu xəstəliyin ən əsas göstəricisi sümüklərin inanılmaz intensivliklə böyüməsidir. Məşhur cizgi filminin Şrek obrazı da məhz bu insanın əsasında canlandırılıb.

"Mələk" ləqəbli Tillet 1951-ci ildə ürək xəstəliyindən vəfat edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4464
avatar

Oxşar yazılar