Çin kosmosa balıq göndərməyi planlaşdırır.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, tədqiqatın məqsədi astronavtların mikroqravitasiyada uzun müddət qaldıqları müddətdə sümük sıxlığının mümkün itkisini araşdırmaqdır.
Xatırladaq ki, bu, balıqların kosmosa ilk göndərilməsi deyil. 1973-cü ildə bir qrup fundulus balığı çəkisizliyə necə reaksiya verəcəyini öyrənmək üçün Yer orbitində ilk elmi laboratoriya olan “Skylab”a göndərilib.