Bu da Ərdoğanın “Yay Sarayı” : Kimləri qonaq edir?
06 iyul 2021 18:16 (UTC +04:00)

Bu da Ərdoğanın “Yay Sarayı”: Kimləri qonaq edir?

Türkiyə ictimaiyyətində “Yay Sarayı” kimi tanınan Prezident Dövlət Qonaq Evi 2019-cu ildə Marmarisdə inşa edilib. O vaxtdan bəri sirrini qoruyan “Yay Sarayı"nın görüntüləri yayılıb. 

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, evin memarı Şefik Birkiye layihənin görüntülərini öz saytında paylaşıb.

Məlumata görə, “Yay Sarayı” 2018-2021-ci illər arasında Prezidentin büdcəsindən 640 milyon lirə xərclənərək inşa edilib.

92 sot ərazidə yerləşən bu evin yerində əvvəllər Türkiyənin 8-ci prezidenti Turgut Özalın yaz tətilini keçirdiyi iqamətgah olub.

Fərqli ölçülərdə 5 binanın yerləşdiyi “Yay Sarayı”nın yaxınlığında işçilər üçün yaşayış yerləri tikilib. 10 min 966 kvadratmetrlik sahə isə xüsusi qum ilə doldurularaq çimərliyə çevrilib.

Çimərlikdə günəş vannası və istirahət üçün məkanlar var. Buradan dənizə də yol açılır. Layihə məxfi şəkildə hazırlanıb.

Bu günə qədər “Yay Sarayında” bəzi dövlət başçıları qonaq olublar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3840
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar