Biznesmen 20 milyon verib “Kainat gözəli” müsabiqəsinin  qalibi oldu
27 oktyabr 2022 19:40 (UTC +04:00)

Biznesmen 20 milyon verib “Kainat gözəli” müsabiqəsinin qalibi oldu

Tailandlı media maqnatı və transseksualların hüquqlarının müdafiəçisi Enn Cakaponq Cakracutatip 20 milyon dollara “Kainat gözəli” təşkilatçılarını satın alıb.

Lent.az bildirir ki, “Reuters”in məlumatına görə, bu, ilk dəfə bir qadının gözəllik müsabiqəsinə sahib olmasıdır.

"Bu satınalma portfelimizə güclü bir strateji əlavədir", - o belə deyib və əlavə edib ki, “Kainat gözəli” məzmunu, lisenziyalaşdırma və ticarət imkanları ilə Asiyada genişləndirməyi planlaşdırır.

1996-2002-ci illərdə Donald Trampın təşkilatçılığı ilə keçirilən “Kainat gözəli” illik gözəllik müsabiqəsi 165 ölkədə yayımlanır və 71 ildir ki, keçirilir.

Qeyd olunur ki, Enn Cakaponq Cakracutatip Tailandın ən böyük media yayım şirkəti olan “JKN Global Media Co”nun rəhbəridir və o, həm də yerli realiti-şoularda rol alan məşhurdur. JKN öz şoularını hazırlayır və sənədli filmlərnii, Bollivud dramlarınıTailandda yayır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2379
avatar

Oxşar yazılar