Qurban Bayramı üçün Ərzurumdan İstanbula gələn 31 yaşlı Emrah Acar 1,5 ildir baxdığı 1 tonluq buğası ilə yatır.
Lent.az Türkiyə mediasına istinadla bildirir ki, “Ən yaxın dostum” dediyi 3 yaşlı öküzə 7 ay dağda və sonra tövlədə qulluq edən Acar, boş vaxtlarının çoxunu “Kral” dediyi öküzə qulluq etməyə sərf edir .
Sultanqazi bələdiyyəsi tərəfindən qurulan qurban satış sahəsində yerləşən ikili, birlikdə yatarkən onları görənlərin diqqətini çəkir.
"7 ay dağda, sonra tövlədə baxdım. Bir yerdə yatırıq. Çox sevirəm. Çox itaətkar bir heyvan. Baxıram və özüm yedizdirirəm. “Kral”ın indi 3 yaşı var və 1 ton ağırlığındadır. Mən onunla çox xoşbəxtəm. Çox mehriban bir heyvan. İnsanları sevir", - Acar deyib.
Emrah Acar, "İndi ən yaxşı dost olduq. Bir dost kimidir. Bu, mənim ən yaxşı dostumdur. Birlikdə yatırıq və birlikdə ayağa qalxırıq. Mən yanında yatanda heç narahat olmaz. Qalxmaq istədiyim zaman ayağa qalxmağıma icazə vermir, məni qucaqlayır. Münasibətimiz bu qədər yaxşıyıq”, - deyə vurğulayıb.