Aralıq dənizi regionu və Yaxın Şərqin simvolu olan zeytun daha bir rekorda imza atıb.
Lent.az xəbər verir ki, İsrailin Tel-Əviv Universitetinin apardığı araşdırmalar zamanı İordaniya ilə sərhəddə mis dövrünə aid daşlaşmış zeytun qalıqları aşkara çıxıb.
Yaşı 7 min ili keçən tapıntılar sübut edib ki, mədəniləşdirdiyi ilk bitki zeytun olub. Çünki İsraildə yabanı halda bitən zeytun İordaniyada bitmir.