Türkiyənin Afyonkarahisar əyalətində 29 yaşlı Ç.Q nənə və babasının məzarında çətənə kolu əkib.
Lent.az ölkə mediasına istinadən xəbər verir ki, sakinlərin müraciətləri əsasında araşdırma aparan polis əməkdaşları məzarın üzərində 26 çətənə kolu aşkarlayıb.
Bundan sonra Ç.Q-nın yaşadığı evə baxış keçirilib və başqa narkotik vasitələr də tapılıb.
Faktla bağlı Afyonkarahisar Prokurorluğunda cinayət işi açılıb.