Ana qızına hücum edən XORUZDAN  görün necə qisas aldı?
24 yanvar 2023 08:32 (UTC +04:00)

Ana qızına hücum edən XORUZDAN görün necə qisas aldı?

ABŞ-da bir qadın ev xoruzundan qızının üzünə vurduğuna görə qisas alıb - onu öldürüb və bişirib.

Lent.az bildirir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Üç uşaq anası Maqan Şmidt sosial şəbəkədəki səhifəsində Heyhey adlı xoruz haqqında hekayə paylaşıb. O yazıb ki, quş qızına hücum edib və onun üzündə cızıq qalıb. Qadın gileylənib ki, xoruz az qala uşağını gözündən məhrum etsin.

Şmidt  xoruzla məşğul olmaq qərarına gəlib və intiqamın qəddar bir yolunu tapıb: xoruzu öldürüb və qovurub. "Kimsə uşaqlarımı incidəndə zarafat etmirəm", - qadın yazıb.

Yazı istifadəçilərin sərt reaksiyasına səbəb olub: bəziləri Şmidtin hərəkətini pisləyib, digərləri isə onu dəstəkləyib.

 

 

# 2499
avatar

Oxşar yazılar