Audrey Munson
26 iyun 2021 12:33 (UTC +04:00)

Audrey Munson

65 il ruhi dispanserdə qalan Amerikanın ilk çılpaq modeli: LƏNƏTLƏNMİŞ GÖZƏL

"Gözəllik dünyanın ən pis lənətidir". Bu ifadəni yəqin ki, eşitmisiniz. İnsan mövcud olduğu andan etibarən gözəlliyin dalınca gedib, onun uğrunda saysız-hesabsız savaşlar edib. Hər kəs ətrafı tərəfindən bəyənilmək istəyir. Eqonun ən doyurucu qidasıdır “gözəl” hesab edilmək.

Lent.az bu dəfə sizə dünyanın ən pis lənətindən payına düşəni alan bir gözəldən-Audrey Munsondan bəhs edəcək.

Audrey Munson

O, Nyu-Yorkdakı məşhur heykəllər üçün modellik edən, bir çox filmdə rol alan və Amerikanın ilk supermodeli kimi tanınan ikonik bir şəxsiyyətdir.

Munson, 1891-ci ildə Amerikada anadan olub. Anası onu gəncliyini daha yaxşı keçirmək üçün Nyu-Yorka göndərib. Məqsəd, əlbəttə ki, təhsil və ya özünü inkişaf etdirmək kimi məsum deyildi. Onu cinsi mənada bir əmtəəyə çevirmək və gələcəkdə bununla pul qazanmaq idi.

Audrey Munson

Munson Nyu-Yorka getdikdən qısa müddət sonra agentliklərlə görüşməyə və film sənayesində iştirak etməyə başlayır. İlk ciddi aktyorluq işi 1915-ci ildə çəkilən “Inspiration” filmi ilə olur. Filmdəki bir səhnədə Munson, səssiz kino dövründə kameralar qarşısında çılpaq görünən ilk qadın olur. Bütün dünyaya şöhrəti də elə bununla yayılır. “Sinəsini göstərən ilk qadın”.

Audrey Munson

Munson oynadığı bu filmdən demək olar ki, heç bir qəpik də pul qazana bilmir. Sonradan model kimi fəaliyyət göstərməyə başlasa da bu sektordan da istədiyi pulu qazana bilmir.

Həftəlik qazancı heç vaxt 30 dollardan yuxarı qalxmır. Digər aktyor və modellərin təmtəraqlı həyatına həsədlə baxan, Munson o həyatı qazanacaq bir uğuru heç vaxt əldə edə bilmir.

Audrey Munson

İllərdir pul dalınca qaçan, gözəl sanki lənətlənmişdi.  30 yaşına çatanda Amerikadan kənarda şansını yoxlamaq üçün Meksikaya üz tutur. Amma burada da uğur qazana bilmir. Hətta daha pis şərtlər altında yaşamalı olur.

40 yaşına çatanda artıq nə modellik, nə də aktyorluq edə bilirdi. Buna görə də Nyu-Yorka qayıtmaq qərarına gəlir. Daim gözəlliyi və uğurları haqqında danışan Munson, heç bir iş tapa bilmir.

Audrey Munson

Pulunun olmaması səbəbindən evindən qovulan və küçələrdə yaşamağa başlayan Munson, dəfələrlə intihara cəhd edir. Son çarə olaraq ruhi dispanserə yerləşdirilir. Amma intihar cəhdlərinə burda da davam edir.

Audrey Munson

"Gözəllik dünyanın ən pis lənətidir" sözünü sübut edən kədərli və ağrı dolu 65 ili ruhi xəstəxanada keçirir. Bütün bu illərdən sonra 105 yaşına çatanda əbədi olaraq yumur gözlərini.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3678
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar