Zaro Ağa
01 iyul 2021 23:12 (UTC +04:00)

Zaro Ağa

160 il yaşadı, 29 dəfə evləndi - Dünyanın ən uzun ömürlüsü Zaro Ağa

Dünyanın ən uzun ömürlü insanlarından biri sayılan Zaro Ağa, həyatı ilə tarix kitablarının qəhrəmanlarından biri olub. 1770-ci illərdə Bitlis Mutki Meydan kəndində anadan olub. Zaro Ağa 1934-cü ildə İstanbulda vəfat edib.

Lent.az Türkiyə mətbuatına istinadən 160 il ömür sürən Zaro Ağanın həyatı ilə bağlı maraqlı məqamları təqdim edir.

Xarici mənbələrə görə, dünyanın ən uzun ömürlü insanları siyahısına daxil olmaq haqqını qazanan Zaro Ağa, 18-ci əsrin sonlarında anadan olub və 20-ci əsrin əvvəllərində vəfat edib. Həyatda olduğu zamanlarda 10 Osmanlı sultanı, 28 böyük vəzir, 1 prezident və 5 baş nazir vəzifədə olub. Gördüyü dövlət liderləri I Əbdülhəmid, III Səlim, IV Mustafa, II Mahmud, Abdulmecid, Abdulaziz, V Murad, II Abdülhamit, Mehmed Reşad, Vahdettin və Mustafa Kamal Atatürk olub.

Zaro Ağanın həyatı haqqında müəyyən bir məlumat əldə etmək mümkün olmasa da, bəzilərinə görə 7 , bəzilərinə görə 13, bəzilərinə görə isə 29 dəfə evlənib. Sayı dəqiq bilinməyən evliliklərindən 5 qız və 8 oğlan olmaqla cəmi 13 övladı, 29 nəvəsi olub.

Doğulduqdan qısa müddət sonra İstanbula köçən Zaro Ağa Selimiye Kışlası, Beşiktaş, Ortaköy Məscidi və Tophane Nusretiye Məscidinin inşaatında çalışıb. Dünya mətbuatının diqqətini çəkən və ən uzun ömürlü adam olaraq tanınan Zaro Ağa 1925-ci ildə İtaliyanı, 1930-cu ildə alkoqolla mübarizə dərnəyinin dəvəti ilə Yunanıstanı və 1931-ci ildə ABŞ-ı ziyarət edib.

Zaro Ağanı bir gün iki amerikalı tərəfindən yeni bir həyata başlayacağı vədi ilə Amerikaya gətirilir. Həmin iki nəfər bu qocanı sirklərdə nümayiş etdirərək pul qazanırdılar. İşləri bitdikdən sonra onu Türkiyəyə bir qəpiksiz geri qaytarırlar. Amerikanı gəzən Zaro Ağa ilə şəkil çəkdirmək 10 dollar, öpmək isə 15 dollar olub.

Zaro Ağanın vəfatından sonra həkimlər ailəsinin razılığı ilə onu yarmaq qərarına gəlirlər. Bu zaman onun kifayət qədər uzun müddət yaşamasına baxmayaraq, vərəm, ürək böyüməsi, beyində dammar tıxanıqlığı və üç böyrəklilik kimi sağlamlıq problemlərinin olduğu müəyyən edilir.

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5580
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar