11 gün fasiləsiz uçan quş rekordu yenilədi
29 yanvar 2023 06:27 (UTC +04:00)

11 gün fasiləsiz uçan quş rekordu yenilədi

Alyaskadan Tasmaniya adasına uçan 5 aylıq cüllüt (kiçik oxcüllüt - Limosa lapponica) alimləri heyrətləndirib.

Lent.az-ın xəbərinə görə, ayağına GPS qəbuledici taxılmış quş köçə başladıqdan sonra 11 gün gecə-gündüz dayanmadan uçub. Bu müddət ərzində quş su və qida qəbul etməyib. Təyinat yerinə çatanadək onun kütləsi yarıbayarı azalıb. 

Quş bu müddət ərzində 13 560 km yol qət edərək Ginnes Rekordlar kitabına düşüb. Başqa sözlə, bu, Londondan Nyu-Yorka olan məsafənin 2 qatıdır. 

Bundan əvvəlki rekord 13 000 km olub. 
 

# 3549
avatar

Oxşar yazılar