Türkiyənin tanınmış aktrisası Demet Özdemir koronavirusa yoluxub.
Lent.az xəbər verir ki, o, bu barədə "Instagram" hesabında məlumat verib. Aktrisa yazıb ki, 2 ildir özünü koronavirusdan qoruyurmuş:
"3 ildir koronavirusa yaxalanmadım. Əvvəlcə onu deyim ki, nəyisə gecikdirməmişəm. Xəstəliyi ağır və ağrılı keçirirəm. Amma müalicəm davam edir, yaxşılaşıb geri dönəcəyəm. Xahiş edirəm, diqqətli olun. Mənim üçün narahat olan, axtaran və zəng edən hər kəsə təşəkkür edirəm. Sizi sevirəm".
Qeyd edək ki, Demet Özdemir bu yaxınlarda həmkarı Oğuzhan Koçla nişanlanıb.